Satışdakı qarpız və yemişlərin sağlamlığa zərəri var?- Rəsmi açıqlama

0
4

Yerli istehsalın artması həm İran və Türkiyə mənşəli qarpız və yemiş məhsullarının Azərbaycaba idxalının azalmasına, həm də ölkəmizin ixrac potensialının artmasına səbəb olub.

Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, təkcə iyun ayı ərzində 57,5 ton qarpız, 16 ton yemiş məhsulu Rusiya Federasiyasına ixrac olunub.

Nazirlik yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Toksikologiya və Keyfiyyətə Nəzarət Mərkəzində Azərbaycana idxal olunan, eyni zamanda ölkədə açıq bostan şəraitində yetişdirilən məhsulların stasionar laboratoriya şəraitində analitik sistem cihazları vasitəsilə kimyəvi və toksikoloji müayinələri aparılır.

Son günlərdə həyata keçirilən müayinələr zamanı qarpızlarda nitratların miqdarının 37 mq/kq, yemişdə isə 72 mq/kq olduğu məlum olub. Müqayisə ücün bildirək ki, qarpızlarda nitratların norması 60 mq/kq, yemişdə isə 90 mq/kq–dır. Sevindirici haldır ki, müayinələr zamanı məhsullarda insan saglamlığı ücün təhlükə yaradacaq ağır metalların və pestisid qalıqlarının miqdarına rast gəlinməyib.

Dövlət Fitosanitar Nəzarəti Xidməti istehlakcıları bostan məhsulları alan zaman məhsulun xarici görünüşünə diqqət yetirməyə dəvət edir. Əzik, catlamış, çürüməyə məruz qalmış məhsullar almaq, eyni zamanda məhsulu soyuducuda uzun müddət saxlamaq olmaz. Əgər düzgün temperatura riayət olunmaqla, məhsul soyuducuda saxlanılarsa və istifadə olunarsa, insan orqanizmi üçün heç bir təhlükə yarana bilməz.