Dünya birjalarında neftin qiyməti yüksəlməkdə davam edir.
Birjalarda Bakı vaxtı ilə saat 10:05-ə olan məlumata görə, Brent markalı neftin avqust fyuçersinin 1 barreli 50,94 dollara satılıb.
Bu göstərici bu gün səhər birjalar açılarkən qeydə alınmış rəqəmdən 0,32 dollar, yaxud 0,63% çoxdur.