Türk ordusu 25 kəndi mühasirəyə aldı –PKK-ya qarşı böyük əməliyyat

0
5

Türkiyənin Diyarbəkr vilayətinin Lice, Hani, Silvan, Hazro ve Kulp mahallarında yerləşən 25 kəndin ətrafında böyük terror əməliyyatı başlayıb.

Strateq.az bildirir ki, əməliyyatın hədəfi PKK terror təşkilatının maliyyə qaynağı olan narkotik tarlaları və partlayıcılardır.

Əməliyyata Diyarbəkır və Elazığ başda olmaqla ətraf vilayətlərdən çoxlu sayda əsgər və polis qatılıb. Əməliyyata hərbi vertolyotlar havadan dəstək verir.