Hansı prinsiplər razılaşdırılıb? –Lavrovdan daha bir açıqlama

0
6

“Son günlər Dağlıq Qarabağın təmas xəttində sakitlik hökm sürür, atəşkəsə əməl olunur”.

Bu barədə Rusiya Xarici işlər naziri Sergey Lavrov bu gün Sankt-Peterburqda Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin keçirdiyi üçtərəfli görüşdən sonra jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Onun sözlərinə görə, liderlər birgə bəyanatlarında barışıq niyyətləri olduğunu sərgiləyiblər.

Lavrov həmçinin qeyd edib ki, insidentin qarşısının alınmasında və araşdırılmasında ATƏT-in Minsk qrupunun həmsədrləri məşğul olur.

***

Lavrov, eyni zamanda, deyib ki, Rusiya, Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağda təmas xəttində vəziyyətin normallaşmasına tərəfdar olduqlarını və ATƏT müşahidəçilərinin sayının artırılması barədə razılığa gəldiklərini bildiriblər.

“Danışıqlar prosesinin aktivləşməsi ilə bağlı konkret addımlarla yanaşı, prezidentlər üçtərəfli bəyanatı razılaşdırıblar, hansı ki, burada təmas xəttində vəziyyətin normallaşmasına öhdəlik, münaqişə zonasında işləyən ATƏT müşahidəçilərinin sayının artırılmasına razılıq ifadə olunub”, – deyə, Rusiya XİN başçısı qeyd edib(APA).