Manat kəskin ucuzlaşdı – Yeni həftənin məzənnəsi

0
7

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

Ötən həftədən etibarən ucuzlaşmağabaşlayan manat yeni həftədə daha çox dəyərdən düşüb. Mia.az xəbər verir ki, dollar manata qarşı 0,2% bahalaşaraq 1,5210 manat təşkil edib. Ən çox bahalaşma funt sterlinqdə qeydə alınıbAvromanata nisbətən 1,4% bahalaşaraq 1,7307 manata çatıb.1 ingilis funt sterlinqi 2,2191 manat olub. Bu isə funt sterlinqin manata qarşı 2,6%-lik bahalaşması deməkdir. Rusiyanın milli valyutası rubl manata nisbətən 1,7% möhkəmlənərək 0,0235 manat olub. Türkiyə lirəsi də manata nisbətən bahalaşıb: 0,5230 manat.. Gürcüstan larisi isə 0,1% ucuzlaşaraq 0,6987 manata çatıb.