Abid Şərifovdan ucuz ev gözləyənlərə xəbər:“Sosial evlərin tikiməsi üçün artıq 50 hektar yer ayrılıb”

0
7

Heç kim sübhə etməsin ki, sosial binaların tikintisi ilə məşğul olan bu yeni qurumun (Mənzil İnşaatı Dövlət Agentliyi) biz nəticələrini görəcəyik.

Bunu ANS telekanalına açıqlamasında Baş nazirin müavini Abid Şərifov deyib. “Artıq, baxmayaraq ki, Mənzil İnşaatı Dövlət Agentliyinin yaranmasından çox qısa müddət keçib, birinci növbədə 50 ha yer ayrılıb”,- Baş nazirin müavini bildirib.

Yerin harada olduğu dair məlumatı A.Şərifov açıqlamayıb: “Hesab edirəm ki, hələ bir neçə yer daha ayrılacaq. Dünən artıq layihə işinə başlaması üçün Agentliyə 10 milyon manat vəsait ayrılıb”.

Onun sözlərinə görə, Agentlik təkcə bir evin yox, bir mikrorayon və yaxud bir böyük yaşayış massivin tikintisi ilə məşğul olacaq.