Ermənistan-İran əməkdaşlığı güclənir

0
6

Ermənistan 2016-ı ildə İrana 1,02 mld kVt/saat elektrik enerjisi ixrac etməyə hazırlaşır.

Ermənistanın “News.am” saytının verdiyi məlumata görə, bu, Ermənistanın “Elektrik Sistemi Operatoru” Dövlət Qapalı Səhmdar Cəmiyyətinin proqnozunda əksini tapıb. Beləliklə, Ermənistan istehsal etdiyi elektrik enerjisinin 15 faizini İrana ixrac edəcək.

Qeyd edək ki, 2007-ci ildə İran-Ermənistan qaz kəməri açılıb. İran qazı Ermənistanda elektrik stansiyalarında emal edilir və 1 kubmetr qaz müqabilində 3 kVt/saat hesabı ilə İrana ixrac edilir.

İki ölkə arasında razılaşma 20 il ərzində İranın Ermənistana 36 milyard kubmetr qaz ixrac etməsini nəzərdə tutur. Sənədə əsasən, razılaşma 5 il uzadıla və Ermənistana ixrac edilən qazın həcmi 47 milyon kubmetrə çata bilər.