İranlı qadınların gözəlllik sirləri

0
6

Gözəlliyi ilə seçilən iranlı qadınlar gözlərinin görünüşünə xüsusi əhəmiyyət verirlər.

Bunun üçün onlar tünd göz qələmi və ya göz kölgələrindən istifadə edirlər.

İranlı qadınlar dərilərinin mükəmməlliyini təbii yağlara, dəniz duzuyla etdikləri pilinqlərə və süd vannasına borcludular. Davamlı şəkildə süd vannası qəbul etmək dərini gözəlləşdirməklə yanaşı, onun rənginin açılmasına da səbəb olur. Saçlarının gözəlliyinə xüsusi əhəmiyyət verən iranlı qadınlar tez-tez saç rəngini dəyişsələr də, onlara təbii yağlarla qulluq edirlər. Sistemli şəkildə arqan yağı ilə göstərilən baxım sayəsində də gur və parlaq saçlara sahib olurlar. Göz makiyajlarını daha qabarıq etmək üçün adətən dodaqlarına açıq rəngli dodaq boyası vururlar. Gündəlik baxımlarında ən çox təbii yağlardan istifadə edirlər. Susam, hindqozu yağı, arqan və badam yağlarından davamlı olaraq istifadə edirlər.