Prezident Kəmaləddin Heydərova yeni vəzifə həvalə etdi –Azərbaycan tərəfdən komissiyaya rəhbərlik edəcək

0
4

Prezident İlham Əliyev bu gün Azərbaycan hökuməti ilə Qətər hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın Azərbaycan tərəfindən tərkibinin təsdiq edilməsi barədə sərəncam imzalayıb.

Sərəncama əsasən, komissiyanın tərkibi Azərbaycan tərəfindən aşağıdakı formada təsdiq edilib:

Komissiyanın həmsədri

Kəmaləddin Heydərov – Azərbaycan Respublikasının fövqəladə hallar naziri

Komissiyanın üzvləri:

İlqar Fətizadə – Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini

Vaqif Əliyev – Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin birinci müavini

Xələf Xələfov – Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Sahil Babayev – Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

Firudin Qurbanov – Azərbaycan Respublikası təhsil nazirinin müavini

Natiq Abbasov – Azərbaycan Respublikası energetika nazirinin müavini

Seyfəddin Talıbov – Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

Səfər Mehdiyev – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini

Elşad Nəsirov – Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti

Tofiq Abdullayev – Azərbaycan Respublikasının Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri

Azərbaycan Xarici İşlər Nazirliyinə komissiyanın Azərbaycan tərəfindən tərkibi barədə Qətər tərəfinə müvafiq bildiriş göndərmək tapşırılıb.