Orucu xurma ilə açanları hansı təhlükə gözləyir?

0
5

Ramazan süfrəsinin bəzəyi olan xurma bir sıra özəlliklərə malikdir. Tərkibi vitaminlərlə zəngindir. Həm də iftara başlamazadan əvvəl xurma yeyilməlidir. Sən demə xurma bir anda insan həyatını təhlükəyə ata bilir.

Həkimlər xurmanın böyrək xəstələrinə törədə biləcəyi ziyanı nəzərə açıqlayıblar. Böyrək çatmazlığı olan xəstələr üçün kalium əhəmiyyətli bir elementdir. Çünki böyrək xəstələrində kalium yüksəkliyi ani ürək dayanmalarına yol açaraq həyati təhlükə yarada bilər. Xurma, kalium baxımından olduqca zəngin bir qidadır. Bunun üçün böyrək xəstələrinin xurma yeyilməsi mövzusunda olduqca diqqətli davranmaları lazımdır. Bir sözlə böyrək xəstələrinin kalium baxımından olduqca zəngin olan xurmanı istifadə etməməyi lazımdır. Xurmadan əlavə kaliumla zəngin olan əncir, banan, ərik meyvələrinin, turşulu içkilərin də istehlak edilməməsi məsləhət görülür.