Nemət Pənahlının Türkiyə və türklər əleyhinə məqaləsi üzə çıxdı – MƏTN

0
8

Teleqraf.az saytı 1993-cü ildə Nemət Pənahlının Türkiyə və türkiyəlilər əleyhinə özünün o zaman nəşr etdirdiyi “Meydan” qəzetində yazdığı məqaləni dərc edib.

Nemət Pənahlının həmin yazısını təqdim edirik:
“Bəzi arkadaşlarımızın narahatçılığı Hər gün Azərbaycandan Türkiyəyə yüzlərlə nəhəng maşın gedir. Sərvətlərimizi, var-dövlətimizi sənədsiz-filansız söküb aparırlar. Biz Rusiyanın qarasına deyinirik, ancaq Həzrəti Abbasın qələm qollarına and olsun ki, o bədbəxtlərin 200 ildə apara bilmədiklərini qan qardaşı dediyimiz türklər 2 ildə dağıdıb aparacaqlar. Bu, həmin türklərdir ki, küçədə acından ölsən belə, çörək satanı sənə bir parça çörək, susuzluqdan yansan belə, su köşkündə işləyəni sənə bir bardaq su verməyəcək. Onlarınkı “ver-verim”dir. Əsl müsəlman bizik, onlar yox. Biz Şərq mədəniyyətinə, Şərq adət-ənənəsinə söykənmişik, onlar Avropa. Heç 2 il deyil ki, bağımsızlığımızı elan etmişik, Ancaq yüzlərlə nəhəng müəssisələrimizi, mehmanxanalarımızı, məktəblərimizi, yaşayış binalarımızı, uşaq evlərimizi, iri quşçuluq kombinatlarımızı öz əllərinə keçiriblər. Əvəzində Pənah Hüseynovların, İsa Qəmbərlərin, Arif Hacıyevlərin adına banklarda hesablar açdırıblar. İstanbulda Bosfor sahilində onlar üçün padşah sarayları tikdiriblər ki, vəzifələrini itirəndən sonra küçədə qalmasınlar… Respublikanın başında öz dogma torpağını, qədirbilən xalqını tükənməz məhəbbətlə sevən, onun qeyrətini öz qeyrəti, onun şərəfini öz şərəfi sayan müdrik siyasətçilər, ağıllı iqtisadçılar əyləşib ölkəni namusla idarə edəcəklər. Bu şərəfli yolda Allah onlara yar olsun!

Nemet Penahlı ”Meydan” qəzeti 30 İyun  1993. 20-ci sayı “