“ABŞ iqtisadiyyatı bir neçə ildən sonra çökəcək”

0
5

Bunu amerikalı milyarder Cim Rocers RBK-ya müsahibəsində deyib.

Onun sözlərinə görə, yaxın illər ərzində ABŞ, Avropa və Yaponiya bir sıra ciddi problemlərlə üzləşəcək və nəticədə digər ölkələr də bundan əziyyət çəkəcək. Eyni zamanda milyarder deyib ki, Rusiya artıq dibə doğru gedib. “ABŞ-da vəziyyət hər ötən gün daha da pisləşir. ABŞ nəinki dünyada ən iri xarici borca sahib olan ölkədir, o, dünya tarixində ən iri borc sahibidir. Ştatların və şəhərləri də nəzərə almaqla, biz Amerikada bir çox müflislik görəcəyik. Ümumilikdə, 2018-2019-cu illərdə Amerika iqtisadiyyatı çökəcək”, – deyə o bildirib.

Milyarder qeyd edib ki, onun çox sayda dollar aktivi var və buna səbəb “dolların sakit adacıq kimi qəbul olunmasıdır”. “Növbəti 2-3 il ərzində, yəni köpük olanadək dollar bahalaşacaq. Ümid edirəm ki, mənim onlardan canımı qurtaracaq qədər ağlım olacaq”, – deyə C. Rocers qeyd edib.