Qəhvə qadınlarda xərçəngin riskini azaldır

0
5

İngiltərə alimləri araşdırmalar nəticəsində aşkar ediblər ki, qəhvənin gündəlik qəbulu qadınlarda uşaqlığın daxili qişası olan endometriumun xərçənginin riskini azaldır.

Bu xərçəng növünə qadınlarda, xüsusilə 45-74 yaşlar arası, daha tez-tez rast gəlinir.

LiveScience xəbər verir ki, hər gün 4 fincan qəhvə içən qadınlarda qəhvə içməyən qadınlarla müqayisədə bu risk 22% azdır.

Alimlər qeyd edirlər ki, qəhvənin qoruyucu effekti yalnız normal bədən çəkisi olan qadınlarda qeyd olunur. Piylənmədən əziyyət çəkən qadınlarda xərçəngin bu növü daha tez-tez inkişaf edir.

Araşdırmanın müəlliflərinin fikirinə görə, qəhvə qanda insulinin və estrogenin səviyyəsini aşağı salır. Bu iki hormon isə bu xərçəng formasının inkişafında vacib rol oynayır.

Bundan əvvəl keçirilmiş araşdırmalar göstərib ki, qəhvə bir çox xərçəng şişlərinin inkişafı riskini azaldır.

Təbii ki, söhbət yaxşı təbii qəhvədən gedir.