İsveçrə Avropa Birliyinə üzv olmaq fikrindən daşınıb.
İsveçrə parlamentinin yuxarı palatası hələ 1992-ci ildən qaldırılan Avropa Birliyinə daxil olmaq iddiasına baxıb.
Verilən məlumata görə, parlamentin 27 deputatı Avropa Birliyinə qoşulmağın əleyhinə, 13-ü isə lehinə səs verib.
Xatırladaq ki, Böyük Britaniya iyunun 23-də AB-də qalıb-qalmamaqla bağlı referendum keçirəcək.