NATO Rusiyaya qarşı önəmli qərarlar qəbul etdi:Qara dəniz, Baltikyanı ölkələr, kiber hücum və …

0
5

NATO müdafiə nazirlərinin toplantısında alyansın çəkindiricilik və döyüş gücünün artırılması istiqmətində  yeni tədbirlərin görülməsi qərarlaşdırılıb.

Strateq.az-ın bildirdiyinə bunu NATO-nun Baş katibi Cens Stolberq keçirdiyi mətbuat konfransında bildirib.

O, həmçinin ittifaqın döyüşə hazır qüvvələrinin 3 qat arttırılacağını və ani müdaxilə anında bütün üzv ölkələrindəki birliklərin bir neçə gün içərisində hərəkətə keçməyə hazır vəziyyətə gətiriləcəyini və bunun üçün Şərqi Avropada 8 yeni qərargahı qurulduğunu söyləyib.

 

NATO-nun şərqindəki qüvvələrini artırmaq çərçivəsində Latviya, Litva, Estoniya və Polşaya 4 çoxmillətli tabur göndəriləcəyini də bildirən Baş katib Qara dənizin müdafiəsi üçün də əlavə tədbirlər görüləcəyini açıqlayıb. O, hər hansı müttəfiqin hücuma məruz qalması halında lazımi qarşılığın bütün ittifaq üzvləriylə birlikdə veriləcəyini bəyan edib.

 

NATO-nun qarşıdurma tərəfdarı olmadığını ifadə edən Stoltenberq Rusiya ilə dialoqqurmağı arzulamalarına baxmayaraq, hər cür təhdidə qarşı müttəfiqlərini müdafiə edəcəklərini bildirib.

 

Müdafiə nazirləri eyni zamanda “kiber təhlükə” məsələsini də müzakirə ediblər. Stolberq “kiber təhlükə”yə qarşı tədbirləri həm dəniz, həm hava, həm də quru kimi fərqli əməliyyat sahələrində həyata keçirəcəklərini və bunun müştərək müdafiənin bir parçası olduğunu deyib. Kiber hücumları da NATO-nun məşhur 5. maddəsinin (ortaq müdafiə) əhatə dairəsinə aid etdiklərini bildirən Baş katib bunun səbəbini Rusiyanın hibrid müharibə anlayışıyla əsaslandırıb. Onun fikrincə, hibrid müharibənin əhəmiyyətli bir hissəsi olan kiber hücumlar da artıq Avropa müdafiə bir parçası olaraq qəbul ediləcək və Kremldən idarə olunan hibrid təhdidə qarşı mübarizə birgə mübarizə aparılacaq.

Bütün bu planları həyata keçirmək üçün tələb olunan maliyyəni qarşılamaq niyyətilə NATO öz büdcəsini artırmağı da qərarlaşdırıb. Cens Stoltenberqin dediyinə görə,2016-cı ildə alyans öz büdcəsini ötən illə müqayisədə 1,5% artırmağı planlaşdırır.  Bunun əhəmiyyətli bir qərar olduğunu qeyd edən Baş katib müttəfiqləri bu təşəbbüsü davam etdirməyə və maliyyəni daha çox artırmağa çağırıb. O, daha çox maliyyəyə ehtiyac duyulduğunu etiraf edərək, səlahiyyət sahiblərinin müdafiə məsələsinə kifayət qədər cömərd davranmadığından narahatlığına da gizlətməyib.

NATO Baş katibinin bu narahatlığını dilə gətirərkən, daşı Avropa ölkələrinin bostanına atdığı məlumdur. Çünki NATO büdcəsinin 75 faizini hələ də ABŞ qarşılayır. Digər 27 üzv isə ödəniş məsələsində çox istəkli görünmürlər. Bununla belə, NATO büdcəsinin 2001-ci ildən bu yana 50% civarında artdığı bildirilir.