Fransada keçirilən futbol üzrə Avropa çempionatında ikinci turun ilk oyunu keçirilib.
Lill şəhərinin “Pyer Moura” stadionunda Rusiya yığması 1:2 hesabı ilə Slovakiya millisinə uduzub.
Hesabı 32-ci dəqiqədə Vladimir Vayss açıb. İlk hissənin sonuncu dəqiqəsində Marek Hamşik Slovakiyanın üstünlüyünü iki topa çatdırıb.
Rusiya yığması hesab arasındakı fərqi 80-ci dəqiqədə Denis Qluşakovun vurduğu qolla azalda bilib. Lakin Leonid Slutskinin yetirmələrinin bundan artığına gücü çatmayıb.
İki oyundan sonra hesabında 1 xalı olan Rusiya yığması qrupda sonuncu yerdə qərarlaşıb.