Rusiyadan Ərdoğanın məktubuna reaksiya:”Bu cür məktublara cavab verilmir”

0
5

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya lideri Vladimir Putinə Rusiya Günü münasibətilə göndərdiyi təbrik ənənəvi protokol məktubudur və cavab tələb etmir”.

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Bu protokol məktubu ənənəvi olaraq milli günlərlə bağlı olaraq göndərilir. Bu, beynəlxalq münasibətlərdə adi praktikadır. Qaydalara uyğun olaraq bu cür məktublara cavab verilmir”,  – Peskov bildirib(Axar.az).