Nazir dərs ilinin uzadılmasından danışdı:”Bu istiqamətdə fəaliyyətimiz davam etdiriləcək”

0
5

Təhsil naziri Mikayıl Cabbarov Şuşa şəhər 1 saylı tam orta məktəbdə  keçirilən “Son zəng” tədbirinə qatılıb. 

Nazir tədbirdən sonra jurnalistlərin suallarına cavab verib. Cabbarov tədris ilinin iyunun 14-də başa çatması ilə bağlı yaranan narazılıqlara münasibət bildirib:  “Hər bir müəllim və şagirdi tədris ilinin başa çatması  münasibəti ilə təbrik edirəm. O cümlədən məzunlarımıza müstəqil həyatlarında uğurlar arzulayıram. Tədrisin məzmununun və təşkilinin  təkmilləşdirilməsi bizim daimi  diqqətimizdədir, bu istiqamətdə fəaliyyətimiz davam etdiriləcək”.

Nazir  rus bölməsində təhsil alan 500 şagirdin 2 alması ilə bağlı yayaılan məlumatlara da aydınlıq gətirib:  “Bu il üçün olan nəticələr bizə təqdim edilməyib. Mənim üçün maraqlıdır ki, bu məlumat mediada mövcuddur, amma nazirlik xəbərsizdir. 2 alan şagird sayı barədə danışmaq çətindir. Çünki bizdə bu haqda məlumat yoxdur. Qanunvericiliyə əsasən, o məlumat Təhsil Nazirliyinə təqdim edilməlidir. Ondan sonra bu haqda danışmaq olar.  Apardığımız müşahidəyə görə, son üç ildə şagirdlərin bilik səviyyəsi artıb. Bu da müsbət nəticədir”.