Avtomobili olanlar oxusun! Sağlamlığınız təhlükədir

0
4

Avstraliya alimləri araşdırmalar nəticəsində belə qərara qəliblər ki, avtomobili olmayan insanlar avtomobil sürən insalarla müqayisədə daha sağlamdır.

TechTimes xəbər verir ki, araşdırmada yaşı 34-dən 65-ə qədər 2000-dən artıq respondent iştirak edib.

Araşdırma göstərib ki, gün ərzində 1 saat avtomobil sürən insanlar avtomobil sürməyən insanlarla müqayisdə ən azı 2 kq ağırdır və onların bel çevrəsi təxminən 1,5 sm daha çoxdur.

Beləliklə, gün ərzində rul arxasında çox vaxt keçirdən insanlarda piylənmə riski artır. Piylənmə isə ürək-damar sistemi xəstəlikləri, şəkərli diabet və bir çox digər xəstəliklərin riskini artırır.

Alimlər gün ərzində daha az vaxt sükan arxasında keçirməyi, onun əvəzinə piyada gəzməyi və ictimayi nəqliyyatdan istiafdə etməyi tövsiyə edirlər.