“Nida”çı 5 il azadlıqdan məhrum edildi

0
10

“Nida”çı 5 il azadlıqdan məhrum edildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Facebook” fəalı Ömər Məmmədovun işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə məhkəmənin qərarı elan edilib.

Məhkəmənin hökmü ilə Ömər Məmmədov 5 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Ö. Məmmədov Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi (narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz əldə edilməsi) ilə ittiham olunub.

Xatırladaq ki, Ö. Məmmədov Vətəndaş Həmrəyliyi Partiyasının, “Nida” gənclər hərəkatının üzvü, “Axın” maarifçi hərəkatını təsisçisidir.

LEAVE A REPLY