“İqbal Ağazadə MTN-nin adamıdır, hədəfi isə İlham Əliyevdir”- Hafiz Hacıyev

0
5

Azərbaycanda “2013-cü ildə baş tutan Prezident seçkilərində İqbal Ağazadə mənim opponentim olub. Həmin ərəfədə İTV- dəki debatda danışıb durub qaçıb gedirdi. Ona dedim ki, danışandan sonra otur burda. Amma oturmadı.
Bunu Tərəfdar. az –a sabiq millət vəkli İ.Ağazədənin keçmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) ilə əlaqəsinin olması məsələsinə münasibət bildirərkən Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev söyləyib.
Onun sözlərinə görə, İ.Ağazadə həmişə MTN –nin müəyyən qollarına işləyib:
“Onun MTN Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyevlə tələbə yoldaşı olması, sabiq MTN rəisi Eldar Mahmudovun dönəmində Milli Məclisdə (MM) oturması və E. Mahmudov vəzifəsindən getdikdən sonra İ. Ağazadənin Parlamentə seçilməməsi kimi faktlar deməyə əsas verir ki, İ.Ağazdə MTN-lə eyni əqidədə olan insandır. Bu belədir. Yadınıza gəlirsə, 2003-cü ildə İsa Qəmbərin prezidentliyə namizəd olanda Azadlıq meydanında çıxıb çıxış etdi. Bunu da İ. Ağazadənin əli ilə MTN təşkil etmişdi. Hamısı İ Ağazdənin əli ilə qurulmuş oyun idi. İ.Ağazdə həmişə MTN lə bir yerdə olub. O, təbiətən satqın adamdı. Onda milli qürur və milli qeyrət yoxdur. O, həmişə prezidentin əlehinə danışıb, ölkə başçısı haqda mənfi fon yaratmağa çalışıB. Özünü xalqa milli adam kimi sırımaq istəyiB. Amma onda millilikdən əsər də yoxdur. Onların hədəfi ancaq qardaşım İlham Əliyevdir. İ.Ağazadə öyrədilmiş adamdı”.
H. Hacıyev qeyd edib ki, E. Mahmudovun vətənə xəyanəti və sərvətlərimizi talayıb xaricə daşıması faktları təsdiqləndikdən sonra İ. Ağzadə MM -ə üzv seçilmədi:
“Əslində, E.Mahmudov həbs edilməli idi. Onun azadlıqda qalması ölkəmizə təhlükə demədkir. Kimlərinsə vasitəsilə xaricə məlumatlar ötürür. Görünür, E. Mahmudov yenidən fəallaşmaq istəyir. Istəyir ki, tərəfdarları parlamentdə çoxluq təşkil etsin. E. Mahmudovun xaricdə müəyyən qrupları var. Onlar Azərbaycanın əlehinə kəskin ifadələr işlədirlər. Ancaq hədəflərindəki yeganə şəxs Prezidentimizdir. Bunu möhtərəm İlham Əliyevin özü də bilir. Ona görə də İ.Ağazadə millət üçün yararsız adamdı”.
Təşkilat sədri İ. Ağazadənin yenidən Milli Məclisə qayıtmaq istəyinin sirr pərdəsini də çəkib:
“O, parlamentə ona görə qayıtmaq istəyir ki, malik olduğu böyük tikinti biznesini itirməsin. E. Mahmudovun vasitəsilə dənizin kənarında Ağ şəhər tərəfdə binalar tikib satırdı. O binalardan böyük paralar qazanırdılar. İndi biznesini itirməkdən qorxur. Düşünürəm ki, qısa müddətdə millətdə saflaşma getməlidir. Hakimiyyətə və parlamentə içində milli qüruru olanlar gəlməlidir. Nə qədər ki, kəşfiyyat orqanları ilə əlaqədə olan siyasətçilər ortada olacaq, Azərbaycan heç zaman düzəlməyəcək”.
Hafiz Hacıyev onu da əlavə edib ki, indiki siyasilərimizin bir hissəsi E. Mahmudova bağlı adamlardır:
“Həmin siyasiləri MTN-ə calayan İ. Ağazadə olub. Hazırda MM də İ. Ağazadənin yolunu gedən bir deputat da var. Amma hələlik adını çəkməyəcəm. Zamanı gələndə deyəcəm. Oda siyasiləri aparıb hakmiyyətin müəyyən qanadlarına satır. Belə işlərlə məşğul olurlar. Bütün bu işlərin başında duran da i. Ağazadədir. Mən İ.Ağazadənin özünə də demişəm ki, sənin mövqeyi yanlışdır. Milli maraqlarımıza ziddir. Sən satqın adamsan. O, pul qazanmaq üçün hər şeyə gedən adamdı. Zanman-zaman gedib də. Düşünürəm ki, İ. Ağazadəyə önəm verməyə dəyməz. E. Mahmudov gedib, adamlarının da bir hissəsi gedib. Bir hissəsi isə dirəniş göstərib, qalıb. Hesab edirəm ki, İ.Ağazadə bundan sonra tarixin arxivinə gedəcək”.