Bakıdakı məşhur restoranda yeməklərdən bakteriya çıxdı

0
10

Bakıdakı məşhur restoranda yeməklərdən bakteriya çıxdı

Nəsimi rayonunda yerləşən “Niaqara” restoranında standartların tələblərinin pozulduğu aşkar edilib. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən Modern.az-a verilən məlumata görə, Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən “Niaqara” restoranında dövlət nəzarəti tədbirləri həyata keçirilib.

Araşdırmalar nəticəsində restoranda mənşəyi məlum olmayan, təhlükəsizliyi müvafiq qaydada konservləşdirilmiş xiyar, göyəm, alma, alça, badımcan, gavalı turşusu aşkarlanıb. Müəssisədə hazırlanan “paytaxt” salatından nümunə götürülərək Komitənin Təcrübə-Sınaq Mərkəzinin (AzTest) laboratoriyasına təqdim olunub, aparılan müayinələr nəticəsində salatın tərkibində bağırsaq çöpləri qrupundan olan bakteriyalar aşkar edilib. Bundan başqa müəssisədə yeməklərin heç bir texnoloji təlimat və reseptura olmadan hazırlandığı, soyuducularda ərzaqların saxlanılması zamanı mal qonşuluğu qaydalarına əməl olunmadığı, istismar olunan ölçmə vasitələrinin müqayisəli dövlət yoxlanışından keçirilmədiyi aşkarlanıb. Araşdırmalar zamanı, həmçinin, yeməklərin hazırlanması zamanı istifadə olunan ətin baytarlıq şəhadətnaməsi, digər ərzaq məhsullarının uyğunluq və gigiyenik sertifikatları, hazırlanan yeməklərin sınaqlarının nəticələrini təsdiq edən sınaq protokolları, müəssisədə çalışan işçilərin tibbi kartları, peşə təhsillərini təsdiq edən hər hansı sənəd yoxlamaya təqdim olunmayıb.

Aşkar edilən bu və digər nöqsanlarla bağlı müəssisə rəhbərinə inzibati protokol əsasında cərimə tətbiq edilib, normativ sənədlərin tələblərinə cavab verməyən məhsulların hazırlanması və satışı qadağan olunub.

LEAVE A REPLY