Ruslar Azərbaycanın Avrasiya İttifaqına üzv olmasını istəyir

0
8

Ruslar Azərbaycanın Avrasiya İttifaqına üzv olmasını istəyir

Ümumrusiya İctimai Fikrin Öyrənilməsi Mərkəzi bütün sadə rus vətəndaşlarının Avrasiya İqtisadi Birilyinin yaradılması ilə bağlı mövqeyini öyrənib. 42 subyekti və 130 yaşayış məntəqəsini əhatə edən sorğuda 1600 respondent iştirak edib. Sorğunun nəticələrinə görə, Rusiya vətəndaşlarının 70 faizi Avrasiya İqtisadi Birliyinin yaradılmasına isti baxıblar. Onlar Qazaxıstan və Belarusla genişlənən əməkdaşlığın da müsbət qiymətləndiriblər.

Sorğunu təşkil edən ekspertlərin təəccübünə səbəb olan başqa bir amil isə birliyə yeni üzvlər kimi Rusiya sakinləri Ermənistan və Azərbaycanı göstərmələridir.

“Mənim fikrimcə, bu araşdırmanın ən maraqlı bəndi Avrasiya İttifaqının hansı ölkələr hesabına genişləndirilməasi ilə bağlı sakinlərin fikirləridir. Bu mənada siyahıya Azərbaycan və Ermənistan başçılıq edir”, – deyə “Şimal-Cənub” Araşdırmalar mərkəzinin rəhbəri Yuliya Yakuşeva sorğu nəticələrini şərh edərkən deyib.

Rusiyanın yaratdığı iqtisadi birliyə üzv olmayacağı ilə bağlı Azərbaycanın heç bir bəyanat vermədiyini xatırladan ekspert sorğunun nəticələrini təəccübləndirici adlandırıb:

“Azərbaycan Avrasiya İttifaqı ilə əməkdaşlılğın müxtəlif formatlarını nəzərdən keçirir. Lakin təşkilata daxil olmaqdan söhbət getmir. Sorğunun nəticələri onu göstərir ki. Rusiya Azərbaycana pozitiv yanaşır və qarşılıqlı əməkdaşlığın uğur gətirəcəyini anlayır”.

Maraqlıdır ki, Ümumrusiya İcrimai Fikrin Öyrənilməsi Mərkəzinin sorğusunda yalnız 10 faiz Rusiya sakini Ukraynanın Avrasiya İttifaqına üzv olmasını dəstəkləyib. Bu göstərici Tacikistan və Özbəkistanın göstəricilərindən də aşağıdır.

LEAVE A REPLY