ABŞ-dakı gecə klubunda ölənlərin sayı 50-yə çatdı –Öldürülən Ömər Mətin “əfqanmənşəli” elan edildi

0
5
Aerial View of Lake Eola, Orlando, Florida

ABŞ-ın Florida ştatının Orlando şəhərində yerləşən “Pulse” gecə klubunda törədilən terror aktı nəticəsində ölənlərin sayı 50 nəfərə çatıb. Yaralı sayı isə 53 nəfərdir.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Orlandonun meri Baddi Dayer açıqlayıb. O deyib ki, terror aktı nəticəsində  ölənlərin sayı 20 nəfər yox, 50 nəfərdir.

Xatırladaq ki, qeyri-ənənəvi oriyentasiyaya malik insanların toplaşdığı bu kuluba hücum edən şəxsin 29 yaşlı ABŞ vətəndaşı Ömər Siddiq Matin olduğu açıqlanıb. Florida şatatından olan Ömər Matinin əfqan əsilli olduğu və pollislərlə 3 saatlıq atışmadan sonra öldürüldüyü söylənilir.