Qazaxıstanın Aktobe şəhərində ekstremistlərin yaxalanması üçün xüsusi əməliyyat keçirilib.
Bu barədə Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi məlumat yayıb.
İyunun 5-i silah mağazası və hərbi hissəyə hücum edən dəstə üzvlərini yaxalamaq üçün həyata keçirilən əməliyyat çərçivəsində onların yaşadığı mənzil müəyyənləşdirilib. Təslim olmaq əmrinə tabe olmayan terrorçularla polis arasında atışma baş verib. Nəticədə 5 ekstremist öldürülüb.
Komitə, həmçinin bəyan edib ki, dinc əhalini heç bir təhlükə gözləmir, təhlükəsizliklərini təmin etmək üçün sakinlər evakuasiya ediliblər.
Qeyd edək ki, daha əvvəl prezident Nursultan Nazarbayev qarşıdurma yaradacaqları halda terrorçuların öldürülməsi əmrini vermişdi.