Ermənistan hökuməti həftə ərzində tələbələrin hərbi xidmətdən möhlət hüququnun ləğvini nəzərdə tutan qanun layihəsinə baxacaq.
Ermənistan mətbuatı xəbər verir ki, bunu hökumət aparatının rəhbəri David Harutyunyan deyib.
Onun sözlərinə görə, layihə üzərində iş artıq yekunlaşıb. Yaxın günlərdə məsələ ilə bağlı müzakirələr keçiriləcək.