“Kuba heç vaxt Amerika Dövlətləri Təşkilatına üzv olmayacaq”

0
5

Kuba heç vaxt Amerika Dövlətləri Təşkilatına üzv olmayacaq.

Bunu Karib hövzəsi ölkələrinin sammitində çıxışı zamanı Kuba lideri Raul Kastro deyib.

Kastro mənzil-qərargahı Vaşinqtonda yerləşən Amerika Dövlətləri Təşkilatının imperialist hökmdarlığının aləti olduğunu bildirib.

Qeyd edək ki, soyuq müharibə dövründə Kuba ABŞ-ın təkidi ilə təşkilatdan xaric edilib.

Kastronun sərt mövqeyi ADT-nin Venesuelaya dair tənqidinə reaksiya olub.

Belə ki, Venesuelanın təşkilatda üzvlüyü dayandırıla bilər. Bu ölkənin prezidenti Maduro ABŞ-ı region ölkələrinə təzyiq göstərməkdə günahlandırıb. O hesab edir ki, ABŞ Venesuelanı təcrid etməyə çalışır.

Kastro Venesuela xalqı və prezidenti ilə həmrəy olduğunu bildirib. (BBC)