FİFA yeni qaydaları sınaqdan keçirəcək

0
6

Amerika Kubokunun təşkilatçıları final turniri üçün yeni qaydalar tərtib edib. Qaydalar 2016/2017 mövsümü üçün nəzərdə tutulsa da, final oyununda sınaqdan keçiriləcək.

Yeni qaydalara əsasən, komandalara 4-cü futbolçunu əvəz etməyə icazə veriləcək. Üstəlik, oyunun əsas vaxtı heç-heçə bitərsə, komandalar əlavə vaxtda qalibi müəyyənləşdirməyə çalışacaqlar. Ən əsas məqam isə hakimlərlə bağlıdır. Referilər futbolçular tərəfindən təhqir edilərsə, birbaşa penalti təyin etmək hüququna malik olacaqlar.

FİFA yeni mövsüm üçün 4-cü əvəzetmə və əlavə vaxt olmasını təsdiqləyib. Reqlamentə əsasən, 1/4 və yarımfinal mərhələlərində oyun heç-heçə bitərsə, komandalar birbaşa penalti zərbələrinə keçid alır. Üstəlik, 1/4 finalda çıxış edəcək komandada futbolçuların bu mərhələyədək aldığı sarı vərəqələr də ləğv olunacaq.

Qeyd edək ki, Amerika Kubokunda 16 ölkə 4 qrupda mübarizə aparır. Final oyunu iyunun 26-da keçiriləcək.(“Report”)