Qırmızı soğan ilə süd qarışığının möcüzəvi faydaları

0
4

Soğanın ən faydalı tərəvəzlərdən biri olduğu hamımıza məlumdur.

Son aparılan araşdırmalar soğanı südlə qarışdırıb qəbul etdikdə onun təsirinin daha da artdığını üzə çıxarıb.

Alimlər xüsusilə də, qırmızı soğandan istifadə etməyi məsləhət görürlər. Soğanı süddə qaynada bilər və ya soğanı yedikdən dərhal sonra 1 stəkan süd içə bilərsiniz.

Bu iki təbii qida sizə aşağıdakı faydaları verəcək:

– Təzyiqi aşağı salır.

– Şəkər xəstələrinə yaxşı təsir edir.

– Soğan-süd qarışığını kiçik kəsiklərə, yaralara çəkdikdə oradakı mikroblar ölür.

– Öd kisəsində daşın meydana gəlməsinə mane olur.

– Dırnaqlara çəkildikdə onların asanlıqla qırılmasının qarşısını alır.