Xomeyninin ölümünü göstərənnadir kadrlar – VİDEO

0
5

İranda islam inqilabının rəhbəri Ruhulla Musəvi Xomeyninin vəfatı günü ilə bağlı geniş tədbirlər keçirilir.

1988 – ci ilin iyun ayının 4-də 87 yaşında dünyasını dəyişən Xomeyni Pəhləvi rejimini yıxmaqla İranda islam respublikasının təməlini qoyub.

Strateq.az Xomeyninin ölümündən əvvəlki son dəqiqələrini əks etdirən videonu oxuculara təqdim edir. Bu videokadrlarda Xomeyni xəstəxana çarpayısında əks olunub. İslam inqilabının lideri ölümdən əvvəlki bir neçə gündə əhvalı yaxşı görünür. O, zarafat edir, qəzet oxuyur, telefona cavab verir. Köməkçilərinin köməyi ilə namaz qılır.

Daha sonrakı kadrlarda Xomeyninin artıq son dəqiqələri göstərilir. Otaqda çarpayını əhatə edənlər Xomeyinin son nəfəsinə şahidlik edir. Həkim öülm faktını elan edən kimi hamı ağlaşaraq çarpayıya doğru qaçır və artıq dünyasını dəyişmiş Xomeynini əlindən, üzündən öpürlər…

Onların sırasında bu gün İrana rəhbərlik edən şəxslər də var.