Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2016-cı ilin may ayı üzrə analiz işini yekunlaşdırıb.
Mərkəzdən verilən məlumata görə, 2016-cı ilin may ayında elektron mətbuatda, yəni sayt və portallarda deputatlarla əlaqəli 25621 xəbər yerləşdirilib. Bunlardan 293 xəbər mənfi, 8 xəbər müsbət və 25320 xəbər isə neytraldır.
Mənfi xəbərlər arasında liderlər: İqbal Məmmədov (106 xəbər – Lerik rayonunda sakinlərin şikayəti, rayonu yazılmamış qanunlarla idarə etməsi, deputatın yaratdığı anarxiyanın pik həddə çatması və s.), Cavanşir Paşazadə (49 xəbər – şikayət, qanunları kobud şəkildə pozması iddiası), Nəriman Əliyev (49 xəbər – seçiciləri Eldar Mahmudovla əlaqəsi, mandatını itirməsi təhlükəsi).
Müsbət xəbərlər isə Cavanşir Feyziyevə (8 xəbər – deputata Beynəlxalq Türk Akademiyasının qızıl medalı təqdim edilib) məxsusdur.
Xəbər sayına görə sıralama:
1. Mehriban Əliyeva – 4264 xəbər
2. Rövnəq Abdullayev – 1867 xəbər
3. Oqtay Əsədov – 1212 xəbər
4. Qənirə Paşayeva – 923 xəbər
5. Bahar Muradova – 913 xəbər
6. Zahid Oruc – 809 xəbər
7. Vahid Əhmədov – 732 xəbər
8. Siyavuş Novruzov – 708 xəbər
9. Cavid Qurbanov – 707 xəbər
10. Əflatun Amaşov – 633 xəbər
Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 2894 xəbər dərc edilib.
Bu xəbərlərdən 2878-i neytral, 16-sı isə mənfi xəbərlərdir. Mənfi xəbərlər Mirkazım Kazımova (13 xəbər – “Azadlıq” qəzetinə borcunu ödəməməsi), Cavid Qurbanov (2 xəbər – özgə əmlakını mənimsəməsi iddiası), Cavanşir Paşazadə (1 xəbər – şikayət) və Siyavuş Novruzova (1 xəbər – yalan danışması iddiası) məxsusdur. May ayında bu sektorla əlaqəli yazılı mətbuatda müsbət xəbər dərc olunmayıb.
Xəbər sayına görə sıralama:
1. Mehriban Əliyeva – 455 xəbər
2. Siyavuş Novruzov – 147 xəbər
3. Oqtay Əsədov – 135 xəbər
4. Bahar Muradova – 133 xəbər
5. Rövnəq Abdullayev – 114 xəbər
6. Əflatun Amaşov – 93 xəbər
7. Vahid Əhmədov – 80 xəbər
8. İsa Həbibbəyli – 77 xəbər
9. Zahid Oruc – 65 xəbər
10. Cavid Qurbanov – 57 xəbər
May ayında televiziya kanallarında deputatlar haqqında 2678 xəbər göstərilib.
Xəbər sayına görə sıralama:
1. Mehriban Əliyeva – 333 xəbər
2. Rövnəq Abdullayev – 131 xəbər
3. Bahar Muradova – 125 xəbər
4. Oqtay Əsədov – 122 xəbər
5. Əflatun Amaşov – 106 xəbər
6. Siyavuş Novruzov – 101 xəbər
7. İsa Həbibbəyli – 97 xəbər
8. Qənirə Paşayeva – 94 xəbər
9. Cavid Qurbanov – 87 xəbər
10. Elman Nəsirov – 87 xəbər
Radio kanallarında may ayında bu sektorla əlaqəli 216 xəbər verilib.
Xəbər sayına görə sıralama:
1. Mehriban Əliyeva – 110 xəbər
2. Rövnəq Abdullayev – 31 xəbər
3. Oqtay Əsədov – 21 xəbər
4. Ziyafət Əsgərov – 11 xəbər
5. Cavid Qurbanov – 9 xəbər
6. Bahar Muradova – 7 xəbər
7. Elman Nəsirov – 5 xəbər
8. Əli Hüseynli – 4 xəbər
9. Siyavuş Novruzov – 3 xəbər
10. Vahid Əhmədov – 3 xəbər
Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1400 sayt (o cümlədən, 450 gündəlik yenilənən sayt), 12 televiziya kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.