Sərdar Ortac ağır xəstədir

0
7

Sərdar Ortac ağır xəstədir

Türkiyənin tanınmış bəstəkar və müğənnilərindən olan Sərdar Ortacda dağınıq skleroz (Multiple Sclerosis, MS) aşkarlanıb.

Üç gün əvvəl halı pisləşən, kəskin əzələ ağrıları hiss etməyə başlayan müğənni srağagün İstanbulda hospitala yerləşdirilib.

Həkimlərin dediklərinə görə, S.Ortacın xəstəliyinin səbəbi göz iltihabı olub.

S.Ortac Twitter-dəki profilində yazıb: “Təxminən 20 il əvvəl gözlərimdə iltihab olmuşdu. Həmin iltihabın indi nə üçün dağınıq skleroza səbəb olduğunu bilmirəm. Sən demə, hələ 20 il əvvəl orqanizmim mənə təhlükə siqnalı verib, anlamamışam”.
Üç gün əvvəl Sərdar Ortac İstanbulun Nişantaşı səmtində idi. O, arvadı Xlo Loqanın qolundan tutub gəzirdi.

LEAVE A REPLY