Salyana son 20 ildə ən şiddətli yağış yağdı

0
5

Bu gün saat 17 radələrində Salyan rayonuna gözlənilmədən son 20 ildə müşahidə olunmayan şiddətli yağış yağıb. 20-25 dəqiqə çəkən yağış o qədər güclü olub ki, Ələt-Astara yolunda avtomobillərin hərəkəti qısa müddətə qismən dayanıb.

Leysan nəticəsində yollların kənarında inşa olunmuş su ötürücüləri dolub, bir çox evlərin həyətlərini, küçələri və bəzi mağazaları su basıb.

Bir çox ərazilərdə elktrik təchizatında problemlər yaranıb. Ən maraqlısı isə odur ki, leysan yağışı Salyanla qonşu olan rayonların heç birinə düşməyib.

Baş verənlər barədə virtualaz.org saytının Şirvan bürosuna məlumat verən Salyan Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini , rayon Fövqaladə hallar komissiyasının sədri Etibar Məmmədov bildirdi ki, hələlik şiddətli yağışın fəsadları barədə onlarda rəsmi məlumat yoxdur.

2

3

4

 

Emil Məmmədov

fotolar müəllifindir