Məşhur analitik: “Ermənistan müharibə etsə də təcrid vəziyyətində qalacaq”

0
5

Məşhur analitik: “Ermənistan müharibə etsə də təcrid vəziyyətində qalacaq”

“Ermənistan ağır vəziyyətdən çıxış haqqında qərarlar qəbul etməlidir. Bu plandan yaxşı variant yoxdur”. Bu sözləri “Amerikanın səsi” radiosunun erməni xidmətinə müsahibəsində ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin və Dövlət Departamentinin keçmiş təhlilçisi, məşhur politoloq Pol Qobl deyib. O bildirib ki, yaxşı vəziyyətdə olmayan Rusiya Ermənistanı Gömrük İttifaqına qoşulmağa məcbur edir. P. Qoblun fikrincə, Rusiya Gömrük İttifaqı çərçivəsində İslam dövlətlərinin mühitində tədricən özünü tapır.

Ekpert Rusiyanın Cənubi Qafqaz regionundakı siyasətini də şərh edib: “ Rusiya üçün Gürcüstan yol, Ermənistan silah, Azərbaycan isə mükafatdır. Rusiya Ermənistandan öz hədəfləri üçün istifadə edir. Rusiya Ermənistanın dostu deyil”,-deyə P. Qobl bildirib.

Analitik düşünür ki, Rusiya Krımı işğal etməklə öz maraqları nöqteyi-nəzərindən səhv addım atdı. Onun sözlərinə görə bundan sonra dövlətlər Rusiya siyasəti ilə sərhədlərin dəyişilməsindən narahatlıq keçirirlər. Siyasi şərhçi Rusiyanın bu addımlarının Dağlıq Qarabağ münaqişəsinə necə təsir etməsinə də toxunub: “Əgər Ermənistan Rusiyanın bu yolu ilə gedib zorla Qarabağı özünə birləşdirərsə, yeni müharibədə təcrid vəziyyətində olacaq”.

LEAVE A REPLY