Bu gün səhər saatlarında bir sıra erməni KİV-ləri belə xəbər yayıblar ki, erməni familiyasına görə 8 yaşlı rusiyalı uşaq Bakı aeroportundan Azərbaycan ərazisinə buraxılmır. Xəbərə görə bu insident haqda uşağın anası, Kristina adlı rusiyalı turist sosial şəbəkədə məlumat yayıb. Uşağın anası və atalığı rus familiyası daşıyır. Uşaq isə atasının-Ruben Vardanyanın familiyasını daşıyır. Bildirilir ki, Bakı aeroportunun sərhəd xdmətinin əməkdaşları uşağın anasını və atalığını ölkəyə buraxıb, özünü-Luka Rubenoviç Vardanyanı isə deportasiya etməyi qərara alıb. Kristina yazıb ki, onlar hazırda yekun qərarı və pasportlarının verilməsini gözləyir.
Dövlət Sərhəd Xidmətinin Bakı aeroportundakı nümayəndələri isəvirtualaz.org-a bildiriblər ki, ermənilərin yaydıqları məlumat doğru deyil.“Azərbaycan sülhpərvər dövlətdir və biz Luka Vardanyanı ölkəyə buraxmağa hazırıq. Ancaq onun atası işə qarışıb, atasının israrı ilə uşaq geri qaytarılıb. Heç bir deportasiyadan söhbət gedə bilməz. Azərbaycan ölkəyə gələn başqa turistlər kimi həmin uşağın da təhlükəsizliyini təmin etməyə hazırdır”-mənbə bildirib.