Prezident Dövlət Neft Şirkətinin yeni inzibati binasının açılışında

0
4

Mayın 30-da Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) yeni inzibati binasının açılışı olub.

Azərbaycan prezidenti İlham Əliyev açılışda iştirak edib. Prezident binanın rəmzi açılışını bildirən lenti kəsib.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev dövlət başçısına binada yaradılan şərait barədə məlumat verib. Bildirilib ki, hündürlüyü 200 metr olan bina 40 mərtəbədən ibarətdir. Binanın təməli 2010-cu il oktyabrın 12-də Azərbaycan Prezidentinin iştirakı ilə qoyulub. Burada işçilərin fəaliyyəti üçün hər cür şərait yaradılıb, bina ən müasir avadanlıqla təchiz edilib.