Xanımların əksəriyyəti saçlarının uzun olmasına üstünlük verir. Hər gün yuyulan, fenlənən saçlar yanır, uzanması geçikir.
Tez bir zamanda saçları uzatmağın sirlərini sizə təqdim edirik:
Saçlarınızı düzgün darayın
Gün ərzində iki dəfədən artıq saçlarınızı daramayın. Çalışın, darağı baş dərinizə asta, masaj edirmiş kimi sürtün, bu, qan dövranını yaxşılaşdıracaq.
Onlara qulluq edin
Ayda 1 dəfə saç uclarını azca kəsdirin. Həftədə bir dəfədən artıq qidalandırıcı maska çəkməyin. Bunun üçün bahalı maska almağa ehtiyac yoxdur. Onu evdə də hazırlaya bilərsiniz.
Məsələn, 1 yumurtanın ağını 1 qaşıq balla qarışdırın, azca zeytun yağı və konyak tökün. Alınan maskanı saçın dibinə və ucuna sürtün. Yarım saat saxladıqdan sonra yuyun.
Qidanıza protein əlavə edin
Qidalanmanın da saç uzanmasına böyük təsiri var. Çalışın, çoxlu zülal qəbul edəsiniz. Çoxlu toyuq, yumurta, yağ, qoz yeyin.
Yağlardan istifadə edin
Zeytun, arqan, kətan toxumu, kokos, jojoba yağlarını saç dibinə çəkə bilərsiniz. Saç dibini 15-20 dəqiqə saat əqrəbi istiqamətində masaj edin. Yarım saat saxladıqdan sonra yuyun.
Gənəgərçək yağı çəkin
Saç uzanmasının və diblərinin möhkəmlənməsinin ən yaxşı vasitələrindən biri də gənəgərçək yağıdır.