Əli Həsənov Xədicə İsmayılova, Leyla Yunus və Rauf Mirqədirov haqda…

0
4

Leyla və Arif Yunus, Xədicə İsmayılova və Rauf Mirqədirovun həbsinin Azərbaycan siyasətinə aidiyyəti yoxdur.

Bunu ANS TV-yə müsahibəsində Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

Onun sözlərinə görə, həmin şəxslərin həbs olunması Azərbaycanda vətəndaş cəmiyyətinin və daxili siyasətin normaları və tendensiyaları deyil.

“Azərbaycanda 12 min jurnalist fəaliyyət göstərir və onların böyük əksəriyyəti hakimiyyəti Xədicə İsmayılovadan da sərt tənqid edir, lakin onlar azadlıqda müvəffəqiyyətlə fəaliyyət göstərirlər. Ölkədə 3 500 yaşlı əhalini və bir o qədər də gəcləri təmsil edən qeyri-hökümət təşkilatları, o cümlədən hüquq-müdafiə təşkilatları var, onların rəhbərləri də Azərbaycan hakimiyyətini heç də Leyla Yunus və yaxud digərlərindən az tənqid etmir, amma onlar da azadlıqdadırlar. Yəni 3-5 adamın ayrı-ayrı zamanlarda müxtəlif qanun pozuntularına görə həbs olunması Azərbaycan cəmiyyətinin daxili siyasətinin və vətəndaş normalarının tendensiyası deyil.”

Onların həbsdən azad olunmalarını isə Əli Həsənov belə izah edib: “Cənab Prezident indiyə qədər bu və ya digər hallara görə həbs olunan insanları, böyük humanistlik nümayiş etdirərək əhv edir. Bunu qətiyyən beynəlxalq aləmin iradəsi və tələbləri ilə əsaslandırmaq olmaz”.