Bu gün səhər saatlarında Xəzər dənizində zəlzələ olub.
Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən məlumata görə, yerli vaxtla saat 07:45-də Xəzər dənizində 3,5 maqnitudalı zəlzələ qeydə alınıb. Zəlzələ ocağı 46 km dərinlikdə yerləşib. Zəlzələ hiss olunmayıb.
Virtualaz.org xatırladır ki, dünən yerli vaxtla 14:02-də də Xəzər dənizində zəlzələ qeydə alınmışdı.
Maqnitudası 3.7, dərinliyi 49 km olan həmin zəlzələ də hiss edilməmişdi.