Ukrayna prezidenti Petro Poroşenko NATO-nun sabiq Baş katibi Anders Foq Rasmusseni özünün ştatdankənar müşaviri təyin edib.
Müvafiq fərman mayın 27-də Ukrayna dövlət başçısının rəsmi saytında yerləşdirilib.
“Anders Foq Rasmussen Ukrayna prezidentinin ştatdankənar müşaviri təyin edilsin”, – fərmanda deyilir(oxu.az).
Qeyd edək ki, Anders Foq Rasmussen 2009-2014-cü illərdə Şimali Atlantika Alyansı Baş katibi, 2001-2009-cu illərdə isə Danimarka hökümətinə rəhbərlik edib.