Daha bir terror təşkilatı İŞİD-ə sədaqət andı içdi

0
11

Daha bir terror təşkilatı İŞİD-ə sədaqət andı içdi

Əl-Qaidə terror qruplaşmasının Suriya qolu olan Əl-Nusra Cəbhəsi Əbu Kamal şəhərində İŞİD-ə sədaqət andı içərək ona qoşulduğunu bəyan edib.

Bu haqda Suriya İnsan Haqları Monitorinq Mərkəzindən məlumat verilib.

Hüquq müdafiəçilərinin sözlərinə görə, bundan sonra Suriya və İraq sərhədinə islamçılar nəzarət edəcək.

“Onlar bir-birilə rəqibdirlər, lakin hər iki qruplaşma cihadçı və islamçılardan ibarətdir. Bu addım islamçıların regiondakı digər qiyamçı qruplaşmalara nisbətən artacağını göstərir”, – deyə Rami Əbdürrəhman adlı hüquq müdafiəçisi bildirib.

Qeyd edək ki, 2014-cü ilin fevralında Əl-Qaidə komandanlığı İŞİD-i dəstəkləməkdən rəsmən imtina edərək, Əl-Nusra Cəbhəsini özünün rəsmi tərəfdaşı elan etmişdi.

LEAVE A REPLY