Turizm böhranı:Türkiyə son 17 ildə belə vəziyyətə düşməmişdi

0
5

Ard-arda baş verən terror aktları Türkiyəyə turist axınını xeyli azaldıb. Təkcə bu ilin aprel ayında ölkəyə ötən ilin müvafiq dövrü ilə müqayisədə 29 faiz (1,75 milyon) az turist gəlib. Bu, 1999-cu ildən bu yana ən aşağı göstəricidir. 

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu böhranlı vəziyyət artıq 9 aydır ki davam edir. Məlumatlara görə, ən çox rus turistlərin sayı azalıb – 79 faiz. Hazırda ölkəyə ən çox Almaniyadan turist gəlir. Bu ilin 4 ayında Türkiyəni 730 min alman turist ziyarət edib.

İkinci yerdə Gürcüstandan olan turistlər gəlir – 615 min. İrandan gələnlərin sayı isə 561 min olub.

Turist sayının kəskin azalmasına təhlükəsizlik problemləri ilə yanaşı, Rusiya ilə münasibətlərin pisləşməsi də səbəb olub.