Avropanın 20 ölkəsinin səfirləri Cəmil Həsənli və Əli Kərimli ilə görüşdü

0
4

Milli Şuranın sədri Cəmil Həsənli və Şuranın Koordinasiya Mərkəzinun üzvü, AXCP lideri Əli Kərimli mayın 26-da Avropa Birliyi ölkələrinin şəfirləri ilə görüşüb.

Görüş AB-nin Bakıdakı nümayəndəliyində keçirilib.

Bu barədə AXCP sədri özünün “Feysbuk” səhifəsində məlumat yayıb.

Bu gün Milli Şuranın sədri professor Cəmil Həsənli ilə birlikdə, Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyində, nümayəndəliyin başçısı xanım Malena Mardın təşkilatçılığı ilə Avropa Birliyinə üzv olan 20 dövlətin səfir və diplomatları ilə görüşümüz keçirildi.

Görüşdə Azərbaycan-AB əlaqələri, ölkəmizdə ictimai-siyasi vəziyyət, siyasi məhbusların taleyi, iqtisadi və siyasi islahatların perspektivləri və digər aktual məsələlər müzakirə edildi. Olduqca maraqlı və səmərəli görüş oldu”.