Nazirlər Kabineti meyitlərdən orqan götürülməsi ilə bağlı yeni qaydalar hazırlayır

0
2

Nazirlər Kabineti meyitlərdən orqan götürülməsi ilə bağlı yeni qaydalar hazırlayır

“İlk növbədə ziyalılar, siyasət adamları, deputatlar, din xadimləri orqanlarının bağışlamalarını vəsiyyətnamələrində qeyd etməlidir. Bundan sonra cəmiyyətdə orqan bağışlayanların sayı artacaq”. Bunu Modern.az-a Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini, deputat Musa Quliyev deyib.

“İlk növbədə ziyalılar, siyasət adamları, deputatlar, din xadimləri orqanlarının bağışlamalarını vəsiyyətnamələrində qeyd etməlidir. Bundan sonra cəmiyyətdə orqan bağışlayanların sayı artacaq”. Bunu Modern.az-a Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini, deputat Musa Quliyev deyib. O, alternativ donor hovuzu mövzusunda danışarkən qeyd edib ki, meyit orqanından istifadə konsepsiyasının hazırlanması insanlarımızın həyatını sağlamlığını qorumağa müsbət təsir göstərəcək. “Biri var ki, sağlam insanın qaraciyərin kəsib köçürəsən. Onda iki xəstə əmələ gəlir. Bir də var ki meyitdən orqan götürürsən, bu həm bir humanist bir aksiyadır, həm də mərhəmət aksiyasıdır”.

M. Quliyev meyit orqanından istifadə konsepsiyası hazırlanandan sonrakı mərhələyə də toxunaraq bildirib ki, ciddi maarifləndirmə işlərinə ehtiyac var. “Müəyyən qaydalar təsdiq olunandan sonra, bu işin mexanizmi başlayandan sonra təbii ki, onun çox böyük təbliğat və maarifləndirmə işi aparılacaqdır. Azərbaycanda transplantologiya elminin və transplantasiya sahəsində uğurların yüksəlməsinə və inkişaf etməsinə səbəb olacaq”.

Orqan transplantasiyası haqqında qanunumuzun mükəmməl olduğuna toxunan Musa Quliyev, meyit orqanından istifadə etmək üçün hökumətin hazırlayacağı təlimatın vacib olduğunu vurğulayıb. “Nazirlər Kabineti yeni qaydalar hazırlayır. Yəni hansı şərtlərlə meyitdən orqanı götürmək olar, hansı şərtlərlə beyin ölümünün qeydiyyatını almaq olar, komisiyanın tərkibinə kimlər daxil olmalıdır, küçədə neçə yerdə belə klinika ayrılmalıdır və s. və i.a. Bu işlər gələcəkdə Azərbaycanda transplantologiya elminin və transplantasiya sahəsində uğurların yüksəlməsinə və inkişaf etməsinə səbəb olacaq”.

LEAVE A REPLY