Bir aydan çoxdur ki, Rusiyanın Peterburq şəhərində itkin düşən Gülnarə Həbibovadan xəbər var.
“Qafqazinfo” xəbər verir ki, 23 yaşlı Gülnarnin əslində heç yerə qaçmadığı və itkin düşmədiyini məlum olub. Onu həyat yoldaşı Samir Həbibov aprelin 22-i Marşal Jukov prospektindəki evlərdən birində qətlə yetirib, şübhə çəkməmək üçün polisə onun itkin düşməsi ilə bağlı müraciət edib. Hazırda S.Həbibov saxlanılıb. İfadəsində cinayəti etiraf edib-etmədiyi rəsmi olaraq açıqlanmasa da, onun qətli törətməsi ilə bağlı sübutlar olduğu deyilir.
Lakin Rusiya KİV-i Gülnarənin meyitinin hələ də tapılmadığını yazır.
Xatırladaq ki, 23 yaşlı Gülnarə aprelin 22-i gecə yoxa çıxmışdı. Çütlük aprelin 15-i ailə qurmuşdu.