Sərbəst və yunan-Roma güləşi:İlk qaliblər müəyyənləşdi

0
5

Bu gün Bakı İdman Sarayında yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan birinciliyi start götürüb.

1999-2000-ci il təvəllüdlü idmançılar arasında keçirilən yarış Dünya Güləş Birliyinin mövcud qaydalarına əsasən təşkil olunub.

Yarışda Azərbaycan Güləş Federasiyasının (AGF) nümayəndəlikləri üzrə keçirilən seçim turnirlərində qalib gəlmiş güləşçilər ayrılmış saya uyğun olaraq iştirak edirlər. İlk yarış günündə yunan-Roma güləşi üzrə 42, 46, 50, 54, 58 və 63 kiloqram çəki dərəcəsi üzrə 142 yeniyetmə pəhləvan yarışıb.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Azər Muxtarlı (42 kq), Rəvan Rəcəbov (46 kq), Zaur Nuriyev (50 kq), Nurlan Dadaşov (54 kq), Cavidan Cavadov (58 kq) və Elnur Əsədov (63 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Hər çəki dərəcəsində mükafata layiq yerlər tutmuş idmançılar medal və diplomla yanaşı, AGF tərəfindən pul mükafatı ilə də təltif olunub və yığma komandanın heyətinə cəlb ediliblər.