AŞ PA prezidenti də Xədicə İsmayılınazadlığa buraxılmasını alqışlayır

0
15

“Azərbaycanda Ali Məhkəmənin tədqiqatçı jurnalist Xədicə İsmayılovanın azadlığa buraxılması barədə qərarını alqışlayıram”. 

Bu barədə AŞPA prezidenti Pedro Aqramuntun bəyanatında deyilir.

O əlavə edib ki, daha əvvəl bir çox tanınmış jurnalistin və insan haqları müdafiəçisinin  azadlığa buraxılmasının ardından gələn bugünki qərar Azərbaycanın dönüş nöqtəsində olması ilə bağlı inamını bir daha təsdiqləyir: “Mən ölkəni bu müsbət cığırda davam etməyə çağırıram”.

Avropa Parlamentinin prezidenti Martin Şultz da Xədicə İsmayılovanın azadlığa buraxılması qərarını alqışlayıb.