Türkiyədə müxalifət partiyası olan MHP-nin qurultay mövzusu hazırda bütün gündəmi işğal edib.
Türkiyə mətbuatının bildirdiyinə görə, nəhayət ki, qurultay tarixi bəlli olub. MHP sədri Dövlət Bahçeli bütün müzakirələrə son nöqtəni qoyub:
“MHP 10 iyulda xalqın gözü qarşısında qurultayını keçirəcək”.
Bu barədə partiya rəhbəri yazılı açıqlama yayıb. Məlumatda daha sonra bunlar bildirilib: “Kim istəyirsə partiya rəhbərliyinə namizədliyini verə bilər. Amma bilsin ki, o, şəxsən mənimlə yarışacaq. Bütün iddialara növbə ilə baxılacaq “. (lent.az)