Millət vəkilindən Strasburqda aksiya keçirənlərə sərt REAKSİYA

0
11

Millət vəkilindən Strasburqda aksiya keçirənlərə sərt REAKSİYA

“Möhtərəm Prezident İlham Əliyevin Strasburqdakı çıxışı zamanı etiraz aksiyası keçirən o insanlara ar olsun. Onlar prezidentimizə deyil, Azərbaycana etiraz edirdilər. Cənab prezident AŞPA-nın sessiyasında Dağlıq Qarabağ münaqişəsindən danışır, münaqişənin həll olunmamasına görə Ermənistanı, beynəlxaq təşkilatları tənqid edir, onlar isə ağızlarını bağlayıb etiraz edirlər. Heç olmasa Prezident Dağlıq Qarabağ məsələsindən danışarkən aksiya etməyəydilər. İlk baxışdan adama elə gəlir ki, ermənilər İlham Əliyevə etiraz edirlər. Amma İlham Əliyev elə bir siyasətçinin oğludur ki, elə bir prezident, diplomatdır ki, o, bu cür cılız hərəkətlərə əhəmiyyət vermir”.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Qalib Salahzadə ötən gün AŞPA-da dövlət başçısı İlham Əliyevin çıxışına və bu zamanı bir qrup şəxsin etirazına münasibət bildirərkən qeyd edib.

“Cənab prezidentin çıxışına, suallara verdiyi cavablara diqqətlə qulaq asdım. İlham Əliyev Strasburqda bir daha təsdiqlədi ki, o, dünya şöhrətli siyasətçi Heydər Əliyevin layiqli davamçısıdır. Prezidentin AŞPA-da qətiyyətli çıxışı Azərbaycan xalqının başucalığıdır. Azərbaycan xalqının talehi etibarlı əllərdədir. Onun İrlandiya nümayəndə heyətinin üzvü Maykl Maknamarın siyasi məhbusla bağlı qərəzli sualına verdiyi cavab tutarlı idi. İlham Əliyev bildirdi ki, Maknamarın Azərbaycanda siyasi məhbuslar haqqında məruzəsi yalan məlumatlar əsasında hazırlanıb. Ölkə başçısı əsaslandırılmış suallarla razılaşırdı. Məsələn, korrupsiya ilə bağlı verilən suallara cavab olaraq bildirib ki, bəli, korrupsiya var və bu bizim inkişafımızı ləngidir, eyni zamanda ona qarşı mübarizə də aparırıq. Elə suallar da var idi ki, qərəzli olduğu dərhal bilinirdi. Allah cənab Prezidentə uzun ömür can sağlığı versin, Allah onu xəta-balalardan qorusun. İlham Əliyev Avropaya sübut etdi ki, onların qarşısındakı şəxs dahi Heydər Əliyevin oğludur”.

LEAVE A REPLY