Bolqarıstan deputatları Qarabağa qeyri – qanuni səfərə gəlib:Separatçılarla görüşüb

0
4

Bolqarıstan parlamentinin bir qrup deputatı Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfər edib.

Strateq.az bildirir ki, “Bolqarıstan milli xilas cəbhəsi” partiyasının lideri Valeri Semeonovun rəhbərliyi ilə bir qrup bolqar deputat Xankəndində qondarma rejimin rəhbəri Bako Saakynala görüşüb.

Görüşdə Bolqarıstanla separatçı rejim arasında əlaqələrin inkişafı, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyət müzakirə edilib.

Qeyd edək ki, Dağlıq Qarabağa rəsmi şəxslərin səfəri yalnız Azərbaycan Xarici İşlər Nazirliyinin icazəsi və Azərbaycandan keçməklə baş tuta bilər. XİN bu qaydanı pozanlar üçün “qara siyahı” hazırlayıb. Bolqarıstana gəlincə, bu ölkə Cənub Qaz Dəhlizi layihəsində rəsmi Bakının tərəfdaşı sayılır və Azərbaycan qazının Sofiyaya gəlməsi üçün çalışan ölkələrdəndir.